XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:24:50 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Polis qanunsuz silah və sursat aşkarlayıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Azərbaycan.media xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində qanunsuz saxlanılan silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aprelin 11-i və 12-də polis əməkdaşları paytaxtda, respublikanın müxtəlif rayonlarında, eləcə də işğaldan azad edilmiş ərazilərdə əməliyyatlar həyata keçiriblər.
Nəticədə aşağıdakı silah və sursatlar aşkar edilərək götürülüb:
7 avtomat silahı
1 pulemyot
1 tapança
2 qumbara
3 alışdırıcı
19 patron darağı
526 ədəd müxtəlif çaplı patron
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah və sursatın aşkarlanaraq dövriyyədən çıxarılması istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

 

Etiketlər: