XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 10:33:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Vətən müharibəsi iştirakçısı Cavid Cabbarov vəfat edib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Vətən müharibəsində 1-ci Ordu Korpusunun Əlahiddə Mühəndis-istehkam taborunun komandiri olmuş, ehtiyatda olan polkovnik-leytenant Cavid Cabbarov vəfat edib.
Məlumata görə, 42 yaşlı hərbçi uzun sürən xəstəlikdən həyatını itirib.
Bildirilib ki, C.Cabbarov Azərbaycan Ordusunda uzun illər xidmət edib. O, 2016-cı ilin Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və xidməti dövründə göstərdiyi şücaətə görə dəfələrlə təltif edilib.
Polkovnik-leytenant Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından biri olub.
Qeyd edək ki, Cavid Cabbarov bu gün Beyləqan rayonunun Dünyamalılar kənd qəbiristanlığında dəfn olunacaq.

Etiketlər: