Qeyd edək ki, 1986-cı il təvəllüdlü Saleh Həsənov polkovnik-leytenant rütbəsinədək yüksəlib. O, İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Xocavənd, Cəbrayıl, eləcə də Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib.
S.Həsənov göstərdiyi qəhrəmanlığa, qüsursuz xidmətinə və Azərbaycanın ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə görə çoxsaylı medallarla təltif olunub.