XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:06:35 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakının bəzi yollarında sıxlıq var

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda paytaxtın bir sıra ərazilərində yol sıxlığı müşahidə olunur:
Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətinə doğru;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətinə;
Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər.
Sürücülərdən alternativ yolları seçmək və hərəkətdə diqqətli olmaq tövsiyə olunur.

Etiketlər: