🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:16   •   🌡️ Bakı

Azərbaycan vətəndaşı Rusiya-Ukrayna müharibəsində həlak olub

Azərbaycan.media xəbər verir ki, daha bir Azərbaycan vətəndaşı Rusiya ilə Ukrayna arasında gedən müharibədə həlak olub.
Ucar rayonu Qarabörk kənd sakini, 27 yaşlı Soltan Kamran oğlu Qədirov bir il öncə müharibə bölgəsində itkin düşüb. Mərhumun nəşi tapılaraq vətənə gətirilib və ailəsinə təhvil verilib. Soltan Qədirov Qarabörk kənd qəbiristanlığında torpağa tapşırılıb.
Məlumatda qeyd olunur ki, S. Qədirov Rusiya tərəfindən gedən döyüşlərdə iştirak edib.