🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:45   •   🌡️ Bakı

Bakıda ağacın aşması yol hərəkətinə mane olub

Azərbaycan.media xəbər verir ki, Bakı şəhərində ağacın aşması nəqliyyatın hərəkətinə çətinlik yaradıb. Hadisə paytaxtın Neapol küçəsi ərazisində baş verib.
Məlumata görə, ağacın aşması nəticəsində yol müvəqqəti bağlanıb. Bu səbəbdən həmin küçədən keçən 62 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların istiqaməti dəyişdirilib.
Hazırda avtobuslar alternativ əsas yol üzrə hərəkət edir və nəqliyyatın normal hərəkəti bərpa olunana qədər sürücülərdən diqqətli olmaları xahiş olunur.