Sosial Hava kəskin dəyişir: intensiv yağış və sel təhlükəsi gözlənilir 03 Aprel 2026 • 15:44 • Odlar MEDİA • 👁 9 baxış Mətn: A− A A+ Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt Bağlantını kopyala Başlığı kopyala Çap et Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək arabir yağış yağacağı proqnozlaşdırılır. Bildirilib ki, yarımadanın bəzi ərazilərində yağıntılar intensivləşəcək, aprelin 4-də gün ərzində qısa müddətə güclü yağış və şimşək müşahidə oluna bilər. İntensiv və fasilələrlə güclənən yağışların şəhərətrafı subasmaya meyilli ərazilərdə problemlər yarada biləcəyi qeyd olunub. Məlumata görə, ölkənin rayonlarında aprelin 4-ü səhərdən qərb bölgələrindən başlayaraq 7-si səhərədək hava şəraiti qeyri-sabit olacaq. Bəzi ərazilərdə yağıntıların intensiv, şərq rayonlarında isə daha güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Sinoptiklər çaylarda sululuğun artacağını, xüsusilə Quba-Qusar bölgəsi çaylarında qısamüddətli daşqın və sel ehtimalının yüksək olduğunu vurğulayıblar. Qeyd edilib ki, aprelin 4-7-də davam edəcək yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də qısa fasilə yaransa da, 9-u gündüzdən etibarən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq. Ümumilikdə ayın ilk ongünlüyündə ölkə ərazisində hava dəyişkən və yağıntılı keçəcək.REKLAMPR məqalənizi Odlar MEDİA-da yerləşdirinƏTRAFLI BAX →