Azərbaycan.mediaxəbər verir ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçıları və vitse-prezidentlərini qəbul edərkən Orta Dəhlizin hər bir ölkənin marağına xidmət etdiyini vurğulayıb.
Dövlətimizin başçısı xüsusilə indiki geosiyasi vəziyyət fonunda Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələrinin strateji əhəmiyyətinin artdığını bildirib. Prezident qeyd edib ki, Azərbaycan ərazisində bu layihələr üzrə işlərin böyük hissəsi artıq tamamlanıb: həm dəmir yolları, həm Bakı Ticarət Limanı, həm avtomobil yolları, həm də hava limanları tam hazır vəziyyətə gətirilib.