XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:25:39 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ay Bənizdən, gecəni aydınladan gözəl poeziya nümunəsi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

GECƏMİZ

Bir ətirli tumurcuqdur yenə də,
İncə-incə çiçəkləyir gecəmiz.
Təzə-təzə ayaq açan körpətək,
Eşqə doğru iməkləyir gecəmiz.

Tər-təranə bənövşədir hər yanım,
Bu cənnətdən kim istəyər oyanım?
Əllərinə dönür yenə, ay canım,
Saçlarımı hörükləyir gecəmiz.

Hər fəsildən güllər dərib əlinə,
Arı kimi bal qatıbdır dilinə.
Çırpıb-çırpıb, atıb yenə belinə,
Həsrətini sürükləyir gecəmiz.

İstəyi nə, arzusu nə, gücü nə?
Bu gecələr bizsiz necə keçinər?
Od atmışam ürəyimdən içinə,
Xısın-xısın körükləyir gecəmiz.

 

Müəllif: AY Bəniz

 

Mənbə: Azərbaycan.media 

 

Etiketlər: