🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:31   •   🌡️ Bakı

Azərbaycan və Türkmənistan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Məlumatı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında paylaşıb. O bildirib ki, müzakirələr Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüş zamanı aparılıb.
Nazir əlavə edib ki, görüşdə həmçinin cari məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.