XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:06:42 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

AzTV-nin aparıcısı Təranə Quliyeva yeni vəzifəyə təyin edilib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.
Sözügedən xidmətin icraçı direktorunun əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə gətirilib. O, Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.
Təranə Quliyeva əmək fəaliyyətinə “Lider TV”də redaktor və aparıcı kimi başlayıb, daha sonra ATV, “GünAz” TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri kimi çalışıb. Eyni zamanda, media şirkətlərində icraçı direktor və kreativ direktor vəzifələrində fəaliyyət göstərib.
Qeyd olunur ki, o, AzTV-də “Telesəhər” verilişinin aparıcısı kimi fəaliyyətini davam etdirəcək.

Etiketlər: