🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 07:51   •   🌡️ Bakı

Masazırda yeni inşa olunan yol çöküb – sürücülər üçün təhlükə yaranıb

Azərbaycan.media xəbər verir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən “Zəngilan şəhərciyi”ndə yeni çəkilən yol qısa müddət sonra çöküb.
Sözügedən ərazidə yolun bəzi hissələrində ciddi çökmə və deformasiya müşahidə olunub. Yol örtüyündə yaranan problemlər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir və sürücülər üçün təhlükə yaradır.
Sakinlər bildirirlər ki, yolun bu vəziyyətə düşməsi tikinti zamanı keyfiyyət standartlarına tam riayət olunmaması ehtimalını gündəmə gətirir.