🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:13   •   🌡️ Bakı

Bodrum sahillərində faciə: qayıq batdı, ölənlərin sayı 19-a çatdı

Azərbaycan.media xəbər verir ki, Türkiyənin Muğla vilayətinin Bodrum sahillərində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb. NTV-nin yaydığı məlumata görə, hadisə nəticəsində 19 nəfər həyatını itirib.
Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Məlumat daxil olduqdan dərhal sonra əraziyə sahil mühafizə qrupları cəlb edilib. İlkin axtarışlar zamanı 11 nəfərin cəsədi aşkar olunub.
Xilasetmə işləri davam etdikcə ölənlərin sayı 19-a yüksəlib. Eyni zamanda 20 nəfərin xilas edildiyi bildirilir.
Qurbanlar arasında bir körpənin də olduğu qeyd olunur.