XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:06:37 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Tanınmış jurnalist Rəşad Baxşəliyev vəfat etdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycan qəzetinin şöbə müdiri, Vətən müharibəsi iştirakçısı, jurnalist Rəşad Baxşəliyev 48 yaşında vəfat edib.
Məlumata görə, onun ölümünə ürək tutması səbəb olub.
Qeyd edək ki, Rəşad Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. O, Bakı Dövlət Universiteti-nin Jurnalistika fakültəsini bitirib. Uzun illər Şərq qəzetində çalışıb, daha sonra fəaliyyətini “Azərbaycan” qəzetində davam etdirib. O, həmçinin Parlament Jurnalistləri Birliyinin üzvü idi.
R.Baxşəliyev 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı ordu sıralarına qoşulub, zabit kimi döyüşüb və bir neçə medalla təltif olunub.

Etiketlər: