XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:07:16 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya buğdası Azərbaycan üzərindən Ermənistana göndərilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki,  Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası növbəti dəfə daşınacaq.
Bildirilir ki, bu gün 5 vaqondan ibarət buğda yüklü qatar yola salınacaq. Qatar Azərbaycan Dəmir Yolları QSC-nin Biləcəri Dəmiryol Stansiyasından hərəkətə başlayacaq, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasına çataraq buradan Gürcüstan ərazisinə keçəcək və sonda Ermənistan istiqamətində yoluna davam edəcək.
Qeyd edək ki, Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar daşınır. Sonuncu belə daşınma martın 19-da həyata keçirilib və həmin vaxt 488 ton Rusiya taxılı Ermənistana çatdırılıb.

Etiketlər: