XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:04:45 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Peruda dəhşətli qəza: 13 nəfər həyatını itirdi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Perunun cənubunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həlak olub.
Yerli “Diario Correo” nəşrinin polisə istinadən yaydığı məlumata görə, yol-nəqliyyat hadisəsi Arekipa departamentinin San-Antonio-de-Çuka rayonunda, magistral yolun 178-ci kilometrliyində qeydə alınıb.
Bildirilib ki, qəza nəticəsində 11 nəfər hadisə yerindəcə həyatını itirib. Ağır yaralanan daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hazırda baş vermiş faciənin səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Etiketlər: