🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:31   •   🌡️ Bakı

Fidan və Vadefulldan telefon diplomatiyası: Fars körfəzindəki gərginlik müzakirə olunub

Azərbaycan.media xəbər verir ki, Axar.az-ın məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Almaniyanın xarici işlər naziri Yohann Vadefull arasında telefon danışığı baş tutub.
Məlumat Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb. Bildirilib ki, danışıq zamanı Fars körfəzindəki münaqişəyə son qoymaq məqsədilə həyata keçirilən diplomatik təmaslar müzakirə olunub.
Qeyd olunub ki, tərəflər martın 23-də baş tutan söhbət zamanı müharibənin başa çatdırılması üçün davam edən proseslər barədə fikir mübadiləsi aparıblar.