🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:22   •   🌡️ Bakı

Prezident İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışında: “Cənubi Qafqazın ən böyük təsərrüfatlarından biridir”

Azərbaycan.media xəbər verir ki, İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı müəssisənin əməkdaşları ilə görüşüb. O, müəssisənin həm Şamaxı rayonunun, həm də ölkənin kənd təsərrüfatı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır”, – dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, ölkədə idxalın azaldılması istiqamətində işlər aparılır və məqsəd ət, süd və süd məhsulları ilə 100% özünü təmin etməkdir:
“Biz buna yaxınlaşmışıq, amma hələ tam nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi təmin edəcək və gələcəkdə hətta ət və süd məhsullarını ixrac edə də bilərik”.