XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:08:26 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

BDU 18-30 Mart üçün Geomaqnit Hava Proqnozunu Açıqladı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 18-30 mart tarixləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

Kafedranın məlumatına görə, 21 mart tarixinədək geomaqnit sahə normal fon səviyyəsində olacaq. 21-22 və 25 mart tarixlərində isə G5 səviyyəsində, yəni zəif-kiçik geomaqnit dəyişikliklər gözlənilir.

Geomaqnit qasırğanın gücünü göstərən və 10 ballıq sistemlə hesablanan Kp əmsalı 21-22 və 25 mart üçün 5 olaraq proqnozlaşdırılıb. Martın digər günlərində Kp əmsalı 2-4 aralığında olacaq, yüksək coğrafi enliklərdə isə 19 martda 6-7 intervalı müşahidə olunacaq.

Məlumatda vurğulanıb ki, mart ayı ərzində güclü geomaqnit qasırğası gözlənilmir.

Etiketlər: