Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı minik avtomobili yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N. Ələsgərovu vurub. Piyada dərhal xəstəxanaya yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.