XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 14:57:14 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Millət vəkili Elnarə Akimova vətəndaşlarla ilk qəbul gününü keçirib

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Millət vəkili Elnarə Akimova 2026-cı ilin mart ayı üçün planlaşdırılmış birinci qəbul gününü uğurla keçirərək vətəndaşlarla növbəti görüşünü reallaşdırıb.
Görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların qarşılaşdığı problemlərlə ətraflı tanış olunub. Elnarə Akimova bildirib ki, səsləndirilən məsələlərin həlli istiqamətində səlahiyyətləri daxilində qanunvericiliyə uyğun tədbirlər görüləcək. Vətəndaşların hüquq və maraqlarının qorunması hər zaman prioritet hesab olunur.
Millət vəkili həmçinin qəbul günlərinin davamlı təşkil olunacağını və vətəndaşların müraciətlərinə operativ və şəffaf yanaşılacağını vurğulayıb.
Bu cür görüşlər ictimaiyyətlə birbaşa əlaqə yaratmaq, onların gündəlik həyatında qarşılaşdıqları çətinlikləri öyrənmək və həll yolları tapmaq baxımından əhəmiyyətlidir.

 

 

Mənbə: Azərbaycan.media

Etiketlər: