Netanyahunun sözlərinə görə, İsrail və ABŞ İrandakı rejimin yaratdığı “ekzistensial təhlükəni” aradan qaldırmaq məqsədilə hərbi addım atıb. Baş nazir iddia edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməməlidir və birgə hərəkətlər İran xalqının taleyini öz əlinə almasına şərait yarada bilər.
O, həmçinin İsrail vətəndaşlarını rəsmi qurumların, xüsusilə arxa komandanlığın göstərişlərinə əməl etməyə çağırıb və qarşıdakı günlərdə dözüm və cəsarətə ehtiyac olduğunu vurğulayıb.