🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:31   •   🌡️ Bakı

Kanada vətəndaşlarına İrandan çıxmaları tövsiyə edilib

Azərbaycan.media xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyi vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Bəyanatda bildirilir ki, bölgədə davam edən gərginlik səbəbindən hərbi əməliyyatlar qəfildən yenidən başlaya bilər. Nazirlik vətəndaşlara səyahət sənədlərinin yerində olmasına diqqət yetirməyi və zərurət yarandıqda gizlənmək üçün kifayət qədər ləvazimat ehtiyatı yaratmağı tövsiyə edib.