🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 06:39   •   🌡️ Bakı

İran ABŞ-la danışıqlardan nəticə çıxmazsa, “müharibə masamızın üstündədir”

Azərbaycan.media xəbər verir ki, Lütfullah Dejkam bildirib ki, hər danışıqlar mütləq nəticə vermir və ABŞ ilə danışıqlar uğursuz olarsa, növbəti variant müharibədir.

O vurğulayıb ki, İran güc mövqeyindən danışır və danışıqlar yalnız qarşı tərəf müharibənin mümkün nəticələrini başa düşdükdə məna kəsb edir. Dejkam əlavə edib ki, “Heç kim demir ki, biz problemi yalnız danışıqlar yolu ilə həll etmək istəyirik, sadəcə prosedurları tamamlamaq üçün danışıqlara gedirik”.