Azərbaycan.media xəbər verir ki, Brüssel Macarıstanın 16 milyard avroluq müdafiə krediti üçün müraciətini təsdiqləyənə qədər Budapeşt Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketini bloklamağa davam edə bilər.
“Politiko”ya istinadən yayılan xəbərə görə, Macarıstan Rusiyaya qarşı yeni sanksiyalara veto qoyub. Eyni zamanda, Ukraynanın “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü məhdudlaşdırması səbəbindən Budapeşt Kiyevə 90 milyard avroluq AB kreditini təsdiqləməkdən imtina edib.