XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:15:17 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Misli Premyer Liqasında 22-ci tura start verilir – mərkəzi oyun Zirədə

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu gün Misli Premyer Liqasında 22-ci turun oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə Kəpəz Sumqayıt FKnı qəbul edəcək. Görüş saat 14:30-da start götürəcək. Komandaların ilk dövrədəki qarşılaşması “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün ikinci matçında isə Araz-Naxçıvan öz meydanında Zirə FK ilə üz-üzə gələcək. Saat 18:00-da başlayacaq görüş turun mərkəzi oyunlarından hesab olunur. Hazırda “Zirə” 35 xalla 4-cü, “Araz-Naxçıvan” isə 33 xalla 5-ci pillədə qərarlaşıb. Tərəflərin ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb.

Turun digər oyunları da maraq doğurur. 28 fevralda Şamaxı FK – Neftçi PFK və Qəbələ FK – Karvan-Yevlax qarşılaşmaları keçiriləcək.

Martın 1-də isə Turan Tovuz – İmişli FK və Qarabağ FK – Sabah FK oyunları baş tutacaq.

Etiketlər: