Nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, – deyə Hakan Fidan qeyd edib.