XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:59:29 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Şahmar Əkbərzadə – Ölü torpaqlara məzar qazılmır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Xocalı faciəsi - qan yaddaşımız. | Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyəti

 

Allah, bu torpağın kəsilib başı,
Quran oxumağa mollası yoxdur!
Kəfən axtarmağa qohum-qardaşı,
Şivən qoparmağa anası yoxdur!

Ana torpaq dedik axı ona biz,
Yığışın, ay ellər, anamız ölüb!
Bizə öz qoynunda yer verənimiz,
Ruzular yetirən dünyamız ölüb!

Yerlərə, göylərə sığmaz bu günah,
Qatil özümüzük, müsibətə bax!
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı harda basdıraq?!

 

Mənbə: Azərbaycan.media 

Etiketlər: