XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:19:21 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sözün Qanadında – Adilə Nəzərin Duyğusal Etirafı

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Çox üşüdür yaz küləyi,
Gülüşlər susur yarıda.
Ələyir fələk ələyi,
Köçür cavan da, qarı da..

Qış kimi keçirik yazı,
Bitmək bilmir ağrı, sızı,
Zalım geyir al-qırmızı,
Məzlum soluxur sarıda..

İnsan yerə həvəsləyir..
Özün axtarır, səsləyir.
Əkir, böyüdür, bəsləyir,
Qismət olmayır barı da.

Qəlbdən qeyri yer oymuruq,
Qəmi çəkməkdən doymuruq.
O bizik, heç nə duymuruq,
Qulaq var dəlir darı da…

Utanırıq söyləməyə,
Sual vermək olmaz, deyə..
Dərdi göndərir bəndəyə,
Dərmanı qalır Tanrıda.

Müəllif: Adilə Nəzər

Mənbə: Azərbaycan.media 

Etiketlər: