XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:57:09 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yanvarda Azərbaycanda ət idxalı 3,3 min ton olub

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayında Azərbaycan 3 min 331 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, idxal olunan ətin dəyəri 8 milyon 208 min ABŞ dollarını təşkil edib. Həcm baxımından bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə 759,8 ton (18,6%), dəyər baxımından isə 885 min dollar (9,7%) azdır.

Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-ni təşkil edib.

Qeyd olunur ki, yanvar ayında ölkə xarici ölkələrlə ümumilikdə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da illik müqayisədə 30,5% azdır. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon dolları ixracın, 1 milyard 302 milyon dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 26,4%, idxal isə 36,5% azalıb.

Nəticədə xarici ticarətdə 934 milyon dollar dəyərində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,3% azalma deməkdir.

Etiketlər: