Zelenski qeyd edib ki, müharibənin ilk günlərindən bunkerdə qalıb və yalnız Prezident Aparatındakı ofisinə gedib. Hazırda isə o, hava hücumu zamanı belə bomba sığınacağına getmir.
Xatırladaq ki, fevralın 22-də CNN Ukrayna prezidentinin müharibə başlayandan bəri təxminən 12 sui-qəsd cəhdindən sağ çıxdığını açıqlayıb. Məlumata görə, Rusiya agentləri onu fiziki olaraq aradan götürmək məqsədilə Prezident Administrasiyasının yaxınlığında mənzillər kirayələyiblər.