🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 08:19   •   🌡️ Bakı

Sabunçuda 68 nömrəli məktəbin yenidən tikintisi üçün tender elan edilib

Azərbaycan.media xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 68 nömrəli tam orta məktəbdə tikinti işlərinə start veriləcək.

“Təhsilin İnkişafı Fondu” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş tender çərçivəsində mövcud məktəb binası söküləcək və yerində 528 şagird yerlik yeni bina tikiləcək.

Layihənin icrası üçün 1 308 688,28 manat məbləğində vəsait ayrılıb.