🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 04:17   •   🌡️ Bakı

Türk kino və televiziya ustası Ali Tutal vəfat edib

Azərbaycan.media xəbər verir ki, türk kino və televiziya sənətinin tanınmış simalarından olan Ali Tutal vəfat edib.

“Qafqazinfo”nun Türkiyə KİV-ə istinadən yaydığı məlumata görə, beyin qanaması keçirərək xəstəxanaya yerləşdirilən 76 yaşlı aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Ali Tutal yaradıcılığı boyunca bir sıra məşhur film və seriallarda yaddaqalan obrazlar canlandırıb. O, xüsusilə Güneşi Gördüm, Geniş AiləBereketli Topraklar Üstünde kimi ekran işlərindəki rolları ilə tamaşaçıların yaddaşında iz buraxıb.