Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılacaq təmir işləri ilə əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsinin Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək.