XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:16:13 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sosial şəbəkələr: Azadlıq meydanı yox, məsuliyyət sahəsi

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

 

Azərbaycan.media xəbər verir ki, əməkdar artist və diktor Nailə İslamzadə sosial şəbəkələrdə davranış və üslub məsələlərinə dair fikirlərini oxucularla bölüşüb.
O bildirib ki, sosial şəbəkələr insanların sərbəst fikir bildirməsi üçün azadlıq meydanı olsa da, bu azadlıq məsuliyyətsizliyə icazə vermir:
“Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar. Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil,” – Nailə İslamzadə deyib.
Diktor həmçinin xatırladıb ki, sosial şəbəkələr həm uşaqlar, həm də böyüklər tərəfindən istifadə olunur. Ona görə də yazılan sözlərə diqqət yetirmək vacibdir:
“Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq. Sosial şəbəkəni qisas meydanına çevirənlər isə unudurlar ki, yazdıqları və göstərdikləri əvvəlcə öz səviyyələrini göstərir,” – Nailə İslamzadə vurğulayıb.
O, insanlara qarşılıqlı hörmət və anlayış prinsiplərini qorumağı, tənqid və mübahisələrdə səbrli və düşünülmüş davranmağı tövsiyə edib:
“Hörmət və düzgün kommunikasiya yalnız fərdi inkişafı deyil, cəmiyyətin də mədəni səviyyəsini yüksəldir,” – deyə əməkdar artist əlavə edib.

 

Mənbə: Azərbaycan.media

Etiketlər: