XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 11:19:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

S&P: Azərbaycanda özəl sektorun borclanma səviyyəsi regionun bir çox ölkəsindən aşağıdır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda özəl sektorun ÜDM-ə nisbətdə borclanma səviyyəsi təxminən 26% təşkil edir. Bu göstərici Gürcüstan, Ermənistan və Özbəkistanla müqayisədə daha aşağı, Qazaxıstan və Qırğızıstanın səviyyəsinə isə uyğundur.

Bu barədə S&P Global Ratings beynəlxalq reytinq agentliyi açıqlama yayıb.

Agentliyin qiymətləndirməsinə əsasən, regionda xarici valyutada kreditləşmənin payı ən aşağı olan ölkə də Azərbaycandır. 2025-ci ilin sonuna olan göstəricilərə görə, valyuta kreditlərinin payı təxminən 16% təşkil edib.

S&P-nin proqnozlarına görə, Azərbaycanda kreditləşmənin artım tempinin 2026-cı ildə 10–12%-ə qədər yavaşlayacağı gözlənilir ki, bu da 2025-ci ilin səviyyəsinə uyğun olacaq. Müqayisə üçün qeyd olunub ki, əvvəlki dörd ildə kredit portfelinin orta illik artımı təxminən 18% olub.

Agentlik əlavə edib ki, iqtisadi artımın neft və qaz hasilatında durğunluq fonunda zəifləməsi proqnozlaşdırılsa da, Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq sistem üzrə 3-cü mərhələ problemli kreditlərin payının 4,5–5% intervalında sabit qalacağı gözlənilir.

S&P-nin qiymətləndirməsinə əsasən, 2026-cı ildə milli standartlar üzrə kredit xərcləri 1,1–1,4% səviyyəsində formalaşacaq. Bildirilib ki, milli standartlara uyğun ehtiyat ayırma tələbləri beynəlxalq standartlarla müqayisədə daha sərt olduğundan, bankların BMHS 9-a keçidindən sonra ehtiyatların həcminin əhəmiyyətli dərəcədə azaldılması gözlənilmir.

Etiketlər: