XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:13:48 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Ötən gün 72 cinayət açılıb, 159 nəfər saxlanılıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, ötən gün ölkə ərazisində 60 yeni, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ümumilikdə axtarışda olan 159 nəfər, o cümlədən borclu şəxslər qismində axtarışda olan 121 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, narkotiklərlə bağlı 39, qanunsuz silah-sursatla əlaqəli isə 15 fakt qeydə alınıb. Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər də saxlanılıb.

Ailələrini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarışda olan 6 nəfər də tapılaraq müvafiq orqanlara təhvil verilib.

Etiketlər: