🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:21   •   🌡️ Bakı

Ağcabədidə 7 kiloqramdan artıq narkotik aşkarlanıb

Azərbaycan.media xəbər verir ki, Ağcabədidə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat nəticəsində külli miqdarda marixuana dövriyyədən çıxarılıb.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş İntiqam Ağayev saxlanılıb.

Onun üzərinə və narkotik vasitəni saxladığı yarımtikilidə aparılan baxış zamanı 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə İ.Ağayev barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.