Azərbaycan.media xəbər verir ki, Pakistanın həbsdə olan keçmiş baş naziri İmran Xan sağ gözünün görmə qabiliyyətinin 85 faizini itirib.
Məlumata görə, bu barədə siyasətçinin vəkili Pakistanın Ali Məhkəməsində çıxışı zamanı açıqlama verib. Vəkil bildirib ki, bu durum onsuz da ciddi hüquqi və siyasi təzyiqlərlə üzləşən 73 yaşlı siyasətçi üçün əlavə çətinlik yaradır.