Qəza nəticəsində bir neçə avtomobil, o cümlədən iri yük maşını yaranmış çuxura düşüb. İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Bununla belə, şəhər infrastrukturuna ciddi ziyan dəyib və ərazidə nəqliyyatın hərəkəti tamamilə iflic olub.
Bildirilib ki, çökməyə ehtimal olunan səbəb kimi yaxınlıqda aparılan metro xəttinin tikintisi göstərilir. Hadisə yerində araşdırmalar davam etdirilir.