XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:11:44 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Sumqayıtda 2500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində 2500 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən verilən məlumata görə, fevralın 10-da qəsəbənin Gecəqondu ərazisində yerləşən diametri 159 mm olan yeraltı qaz xəttində aşkar edilən sızmaların aradan qaldırılması məqsədilə saat 13:00-dan etibarən təmir-bərpa işlərinə başlanılacaq.

Təmir işləri aparılan müddətdə ərazidə yerləşən 2500 abonentin qaz təchizatı dayandırılacaq. Bildirilib ki, qazın verilişi işlər başa çatdırıldıqdan sonra bərpa ediləcək.

Etiketlər: