XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 12:14:53 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda və Abşeronda fevralın 8-i üçün hava proqnozu açıqlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 85-90 %, gündüz 75-80 % təşkil edəcək.

Rayonlarda isə havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi ərazilərdə arabir yağıntılı, qar yağışlı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntı intensivliyi arta bilər. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz isə 5-10 dərəcə isti olacaq.

Etiketlər: