XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:06:58 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Rusiya Barvenkovoya çıxmaqla Ukraynanın əsas logistikasını bloklamağa çalışır

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, Rusiya qoşunları Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsi istiqamətində irəliləməyə cəhd edir. Bu barədə Ukraynanın 429-cu “Axilles” pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi hələ İkinci Dünya müharibəsi dövrünə aid xəritələrdən istifadə edərək Barvenkovonun strateji əhəmiyyətini dəyərləndirir:

“Rusiya başa düşür ki, Barvenkovoya çıxmaqla Dneprdən Kramatorsk və Slovyanska gedən logistik marşrutları bloklamaq mümkündür. Barvenkovo düşmənin qışın sonu və yazın əvvəlinə qədər çatmaq istədiyi əsas istiqamətlərdən biridir”, – deyə Fedorenko bildirib.

Komandir qeyd edib ki, Kreml bu qovşağın ələ keçirilməsinin Ukrayna ordusunun təchizatında ciddi problemlər yaradacağını düşünür:

“Hazırda İzyum–Kramatorsk–Slovyansk avtomobil yolu düşmənin atəş nəzarəti altındadır. Buna baxmayaraq, mühəndislərimiz böyük işlər görür – yol təhlükəsizlik dəhlizləri ilə möhkəmləndirilir, zərbələrdən sonra örtük bərpa olunur. Düşmən bu məqsədinə çata biləcəkmi? Mənim fikrimcə – yox”, – deyə o əlavə edib.

Etiketlər: