XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:06:59 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Oxunan deyil, hiss edilən şeir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

***
evin içində
səni içəridə tutacaq nəsə olmalı,
elə çöldə də.

üşüyür əlin, ayağın,
içərindən isinmədinsə heç;
hökmən öz içindəki odu qarışdırmalı,
külü yaymalı,
ustufca qoymalı
közü köz üstə…

özünlə iç-içəliyin
içəcəyin
bir ovuc suyu da təsiri altına alar,
səni özünə
daha çox yaxınlaşdırar, bağlar,
səni daha çox özün edər,
düşünsən əgər…

 

Müəllif: Şakir Xanhüseynli

Mənbə: Azərbaycan.media

Etiketlər: