🌐 Keçmişin izi, gələcəyin sözü
11 İyul 2026, saat 05:08   •   🌡️ Bakı

Bakıda şiddətli külək 78 ağacı sındırıb, 40 ağacın budağı qırılıb

Azərbaycan.media xəbər verir ki, iki gün ərzində Bakı şəhərində davam edən güclü külək nəticəsində 78 ağac sınmış, 40 ağacın budaqları isə qırılıb.

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi xəbər verib. Qeyd olunub ki, birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq sınan ağaclar və qırılan budaqları operativ şəkildə təmizləyiblər. Ərazi birliyin növbətçi briqadaları tərəfindən sürətlə bərpa olunub.