XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 13:07:04 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Bakıda və Abşeron yarımadasında hava kəskin dəyişir – qar və sulu qar gözlənilir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, fevral ayının 4-dən 7-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, fevralın 4-də isə ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 4-ü gün ərzində və 5-i gecə saatlarında bəzi ərazilərdə yağışın sulu qara, daha sonra isə qara keçəcəyi ehtimal olunur.

Bildirilib ki, Azərbaycanın rayonlarında fevralın 3-ü axşamdan 5-i gündüzədək hava şəraiti arabir yağıntılı olacaq. Bəzi bölgələrdə qar yağacağı, ayrı-ayrı yerlərdə isə yağıntının intensivləşəcəyi proqnozlaşdırılır.

Fevralın 4-dən 7-dək bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir. Eyni zamanda, ölkə ərazisində havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 5–10 dərəcə aşağı enəcək.

Etiketlər: