XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 15:57:10 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Pakistanın JF-17 qırıcılarına maraq artır: beş ölkə alışı nəzərdən keçirir

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, İraq, Banqladeş və İndoneziya da daxil olmaqla, ümumilikdə beş ölkə Pakistan istehsalı olan JF-17 qırıcı təyyarəsinin alınması imkanlarını qiymətləndirir. Bu barədə “Blumberq” Pakistan Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Pakistan 2025-ci ilin mayında Hindistanla yaşanan gərginlik fonunda Çin istehsalı olan hərbi təyyarələrinin performansını müsbət qiymətləndirdikdən sonra Səudiyyə Ərəbistanı və Liviya da JF-17 ilə maraqlanmağa başlayıb.

Təxminən 40–50 milyon dollar dəyərində olan JF-17 qırıcıları qiymət baxımından Qərb istehsalçıları — “Dassault Aviation” və “Lockheed Martin”in analoji təyyarələri ilə müqayisədə daha əlverişli hesab olunur. Bununla belə, Pakistanın istehsal gücü məhduddur və ölkə hazırda ildə əsasən öz Hərbi Hava Qüvvələri üçün 20-dən az JF-17 təyyarəsi istehsal edir.

Etiketlər: