XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 16:45:28 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Yanvar ayında dövlət sərhədini pozan 17 nəfər saxlanılıb, 120 kq narkotik aşkarlanıb

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar ayı ərzində dövlət sərhədini pozan 17 nəfər saxlanılıb və onlardan 13-ü əcnəbidir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi bildirir ki, saxlanılanların 6-sı Əlcəzair, 4-ü Azərbaycan, 4-ü İraq, 3-ü Pakistan vətəndaşıdır. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasport, eləcə də başqasına məxsus sənədlərlə dövlət sərhədini keçməyə cəhd göstərən 3 nəfər saxlanılıb. Sərhəd rejim qaydalarını pozan 117 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 302 nəfər saxlanaraq aidiyyəti qurumlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilmiş 599 nəfərin ölkəni tərk etməsinin və girişi qadağan olunan 8 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Məlumatda həmçinin qeyd olunub ki, iki halda narkotiklərin pilotsuz uçuş aparatı vasitəsilə ölkəyə keçirilməsinin qarşısı alınıb. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı tədbirlər nəticəsində 120 kiloqram 645 qram narkotik aşkarlanaraq dövriyyədən çıxarılıb.

Qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində isə ümumi dəyəri 6 milyon 570 min 790 manat olan qaçaqmal, o cümlədən pnevmatik tapançalar, aşkar edilərək götürülüb.

Etiketlər: