XƏBƏR • GÜNDƏM • MƏDƏNİYYƏT • CƏMİYYƏT ✦ 19 Oktyabr 2026 ✦ 17:25:24 ✦ 🌡️ Bakı — yenilənir… ✦ AZN  |  1 USD = 1.70  |  1 EUR = 1.84  |  1 RUB = 0.021
✦ MƏLUMAT • XƏBƏR • CƏMİYYƏT AZ⌄

Azərbaycanda bəzi rayonlarda yağıntılı hava müşahidə olunur – FAKTİKİ HAVA

Mətn:
Paylaş: WhatsApp Telegram Facebook X LinkedIn E-poçt

Azərbaycan.media xəbər verir ki, fevralın 3-ü saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti qeydə alınır. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4 mm, Şahbuz və Sədərəkdə 3 mm, Kişçayda (Şəki) 2 mm, Naxçıvan, Şərur, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda isə 1 mm təşkil edir.

Hazırda bəzi ərazilərdə qərb küləyi əsir. Küləyin maksimal sürəti Kəlbəcərdə 25 m/s, Şahdağda 20 m/s, Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 10 dərəcə isti, Aran rayonlarında 16 dərəcə isti, dağlıq rayonlarda isə 14 dərəcəyədək isti qeydə alınıb.

Etiketlər: