Bildirilib ki, partlayış X8.11 gücündə olub. Qeyd olunur ki, bundan əvvəl bir sutka ərzində Günəşdə 17 güclü alışma qeydə alınmışdı. Mütəxəssislər hesab edirlər ki, Günəşin enerji toplama rejiminə keçməsi ilə X sinifli alışmalar daha aktiv şəkildə baş verəcək.
Xatırladaq ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinifə keçdikcə güc 10 dəfə artır.